Dubayda avtobus qəzasında ölənlərin vətəndaşlıqları məlum olub

Dubayda avtobus qəzasında ölənlərin vətəndaşlıqları məlum olub
08:29 8 İyun 2019
92 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Omanın "Mwasalat" nəqliyyat şirkəti ötən gün Dubayda avtobus qəzası nəticəsində ölənlərin əksəriyyətinin vətəndaşlıqlarını açıqlayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 11 Hindistan, 2 Pakistan, 1 İrlandiya və 1 Oman vətəndaşı həlak olub.

Bildirilir ki, daha 2 nəfərin kimliyi müəyyən edilməyib. Avtobusun sərnişinləri arasında həmçinin AlmaniyaBanqladeş vətəndaşlarının da olduğu qeyd edilir.

Qeyd edək ki, ümumilikdə qəza nəticəsində 17 nəfər həlak olub, onlardan 15-i hadisə yerində, 2-si isə daha sonra xəstəxanada dünyalarını dəyişiblər.

Hazırda xəstəxanalarda 6 yaralı var, onlardan birinin vəziyyəti ağırdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3073738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR