Dünya 234 ildir paraşütlə "tullanır" - Azərbaycanda isə bunun üçün yer belə yoxdur - FOTO

Dünya 234 ildir paraşütlə "tullanır" - Azərbaycanda isə bunun üçün yer belə yoxdur - FOTO
01:32 5 İyun 2019
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu günlərdə dünyada "Paraşüt günü" qeyd olundu. Belə ki, ilk dəfə olaraq 1785-ci ilin 3 iyununda paraşüt fransız aeronavt Fransua Blanşar tərəfindən ictimaiyyətə nümayiş olunub. Buna görə də 3 iyun tarixin yaddaşına "Paraşüt günü" kimi düşüb.

Paraşütdən tullanmaq nə qədər cəlbedici görünsə də, adamda təhlükəli olduğu təəssüratı yaradır.

Bəs, paraşüt nə vaxt və niyə yaranıb?

Milli.Az oxu.az-a istinadən paraşütlərin tarixi barədə bəzi maraqlı məlumatları təqdim edir:

Qədim qeydlər göstərir ki, insanlar qalaların, ağacların təpələrindən müxtəlif çətirəbənzər əşyalarla aşağı enməyə cəhd ediblər. Amma onların çoxu yaralanma, bəziləri ölümlə nəticələnib. Səmanı fəth etmək arzusu isə insanı heç vaxt tərk etməyib.

Paraşütün ilk eskizi 1483-cü ildə Leonardo da Vinçi tərəfindən çəkilib.

"İnsanın nişastalanmış kətandan ölçüləri 12 dirsək enində və uzunluğunda çadırı varsa, o, istənilən hündürlükdən təhlükəsiz şəkildə tullana bilər", - o yazırdı.

Leonardonun paraşütü müasir dizayna bənzəyirdi, praktik olaraq ehtiyacın olmaması onun az istehsal olunmasına səbəb oldu. 

200 ildən sonra aeronavtikanın (uçan aparatlarda havada hərəkət etmə nəzəriyyə və praktikası - red.) inkişafı və tez-tez baş verən fəlakətlər ixtiraçıları yüksək hündürlükdən insanların tullanması üçün aparat yaratmaq ideyasına yaxınlaşdırdı.

İlk dəfə belə qurğunu fransız fiziki Lenorman yaratdı və ona paraşüt adı verdi ("para" - yunan sözüdür, qarşı, əksinə deməkdir, fransız "şyute" sözü isə yıxılmaq deməkdir, yəni yıxılmağa qarşı). O, həm də ilk dəfə paraşütdən istifadə edən şəxs hesab olunur.

3 iyun 1785-ci ildə fransız aeronavt Fransua Blanşar Londonda hazırladığı hava şarından olan paraşütü nümayiş etdirdi. Blanşar öz ixtirasını test etməyə cəsarət etmədi və 300 metr hündürlükdən iti atdılar. 

Paraşütlə peşəkar şəkildə tullanan ilk cəsarətli insan fransız aeronavt Andre-Jak Qarneren olub. 1797-ci ildə 900 metrdən gerçəkləşən tullanış Avropada ilk idi.

Dünyanın ən yaşlı paraşütçüsü britaniyalı Verdan Haysdır. 102 yaşlı V.Hays 15 min fut (4,5 kilometr) hündürlükdən tullanışlar həyata keçirir.

Braziliya, Argentina, İngiltərə, Almaniya, Hindistan, Çin və Koreya, İran, İsrail, İsveçrə kimi ölkələrdə bu idman növü geniş yayılıb.

Azərbaycana gəldikdə, bu işin peşəkarları olsa da, fəaliyyətin özünün qarşısında maneələr var.

Fuad Tağıyev üç ildir ki, bu işlə peşəkar şəkildə məşğuldur.

Bütün ekstrim idman növlərinə marağı olan müsahibimiz tullanışlarını Moskvada edir. Səbəb isə Azərbaycanda bunun mümkün olmamasıdır:

"Balakəndə desant paraşütlər ilə 1500 metrdən tullanışlar edilirdi. Biz isə peşəkar "skydiving" - dörd kilometrdən tullanış edirik, 55 saniyə paraşütsüz uçuruq. Sonra paraşüt açılır və yerə enirik".

Bu il 9-22 avqust tarixləri arasında gənclər ən böyük turlarını keçirməyə hazırlaşırlar. İctimai Birliyin açılması üçün müraciət edən F.Tağıyev bu alınsa, Azərbaycanda da paraşütdən tullanma məkanlarının açılmasına ümid edir.

Təhlükəyə qaldıqda, müsahibimiz bildirir ki, tullanmazdan əvvəl ən pis halda başa gələcək hər şey dəfələrlə izah olunur və məşqlər keçilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/760313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR