Hansı ölkə nə vaxt bayram edir?

Hansı ölkə nə vaxt bayram edir?
21:05 4 İyun 2019
122 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, bu il Ramazan ayını həm mayın 6-dan, həm də mayın 7-dən başlayanlar oldu. Bu hala, yeni ayın başlaması ilə bağlı metodoloji fərqlərə görə hər il rast gəlirik.

Bayram günü məsələsində də fərqli nəzərlər ortaya çıxıb. Belə ki, bir sıra ölkələr bu günü, iyunun 3-nü Ramazan ayının son günü, sabahı, yəni 4 iyunu isə Şəvval ayının 1-i, yəni Fitr bayramı elan ediblər.

Milli.Az islam.az-a istinadən bildirir ki, əsas fərq yeni ayın hilalının gözlə ya cihazla və harada görünməsi ilə bağlıdır.

Amma yenə də hər ilki kimi "bütün dünya bayram etdi, bircə Azərbaycan qaldı" kimi iddialar da tamamilə yanlışdır.

Biz bu saata qədər bayramı rəsmən elan etmiş ölkələrin siyahısını əlimizə çatmış məlumatlara əsasən təqdim edirik. Yeni məlumatlar daxil olduqca, xəbər yenilənəcək. Oxuculardan da xahiş edirik ki, yeni məlumatları olsa, xəbərin linkini şərh bölümünə yazsınlar.

Beləliklə, 4 iyunu bayram elan edən müsəlman ölkələri:

Səudiyyə Ərəbistanı,

Bəhreyn,

BƏƏ,

Türkiyə,

Mərakeş,

Uqanda,

Efiopiya,

Somali,

Tunis,

Qətər,

Niger.

Bayramı 5 iyuna elan edən ölkələr:

Azərbaycan,

İndoneziya,

Malayziya,

Pakistan,

Liviya (rəsmi hökumət),

Misir,

Keniya,

Banqladeş,

İran,

İraq (şiə hissəsi),

Fələstin,

Suriya,

Sudan,

Yəmən (husi),

Özbəkistan,

Türkmənistan,

Tacikistan,

Oman.

Böyük müsəlman azlıqlara malik qeyri müsəlman ölkələrindən Hindistan, Filippində də yerli müsəlman icmaları bayram 5 iyuna elan ediblər. Tailandda isə bayram 4 iyuna elan olunub.

Avropada da bayram fərqli günlərdə qeyd olunacaq. Birmingem mərkəzi məscidi daxil olmaqla Britaniyanın bir çox müsəlman icmaları bayramı 5 iyuna elan ediblər. Finlandiyada isə bayram 4 iyunda qeyd olunacaq.

P.S. O ki qaldı guya ayın Azərbaycanın hansısa regionunda görünməsi haqda sosial şəbəkərlərdə gəzən xəbərlərə, bu yalandan başqa bir şey deyil. Azərbaycan ərazisində ayın 3 iyun axşamı görünməsi heç bir cihazla mümkün deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/760448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR