Azərbaycan Hindistanın turizm şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Hindistanın turizm şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
17:36 4 İyun 2019
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Turizm Bürosu turizm sahəsi üzrə ixtisaslaşmış Hindistan şirkətləri ilə mümkün əməkdaşlıq imkanlarını müzakirə edib.

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, ölkəmizə gələn əcnəbilərin sayını artırmaq məqsədilə yerli turoperatorların nümayəndələri ilə Hindistandan olan turizm şirkətləri arasında tanışlıq görüşü təşkil olunub.

50-dən çox yerli turoperatorun iştirak etdiyi görüşdə Hindistan şirkətlərinə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verilib.

Mumbay şəhərindən olan şirkətlərin Azərbaycan və onun turizm imkanları barədə ətraflı məlumatlandırılması məqsədilə Bakı, ŞamaxıQəbələ şəhərlərinə tanışlıq səfərləri təşkil olunub.

Bakıda xidmət göstərən hotellər və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıqla başa vurulması planlaşdırılan səfər iyunun 6-dək davam edəcək.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Hindistanın Mumbay şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3072579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR