Azərbaycana Yaponiya və Çindən gələn turistlərin sayı çoxalıb (SİYAHI)

Azərbaycana Yaponiya və Çindən gələn turistlərin sayı çoxalıb (SİYAHI)
07:50 2 İyun 2019
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycana Yaponiya və Çindən gələn turistlərin sayı çoxalıb.

Trend-in məlumatına görə, yanvar-aprel aylarında ölkəmizə Çindən gələnlərin sayı 1,6 dəfə, Yaponiyadan gələnlərin sayı 37,1 faiz artıb.

Bu ilin təkcə aprel ayında isə Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və ya 19.4 min nəfər artaraq 238 minə çatıb.

Ümumilikdə bu il Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min əcnəbi gəlib ki, gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1 faiz), Kanada (31,8 faiz), Pakistan (28,8 faiz), Gürcüstan (22,6 faiz), Polşa (20,8 faiz) və Cənubi Koreya (20,5 faiz) vətəndaşları arasında qeydə alınıb.

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə bağlanmış "Çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu"na əsasən yaxın illərdə Azərbaycana bu ölkədən gələcək turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3064274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR