Kərbəla qəhrəmanları: Hidayət olmuş xristian Vəhəb

Kərbəla qəhrəmanları: Hidayət olmuş xristian Vəhəb
22:52 30 May 2019
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Vəhəb yeni evlənmiş cavan bir xristian idi. İmamın (ə) sayəsində müsəlman olmuş və anası və həyat yoldaşı ilə bir yerdə İmamın (ə) karvanına qoşulmuşdu. (Erfan)

Vəhəbin anası ona deyir ki, İmamın (ə) başqa səhabələri kimi gedib, Həzrəti (ə) qorusun və bu yolda şəhid olsun. Bu sözləri eşidən zaman Vəhəb ağlayır və deyir: "Anacan, Kəbənin Allahına and olsun ki, qəlbimdə bundan başqa bir təmənnam yox idi". O, silahını götürüb atına minir. Özünü İmama (ə) çatdırır və ona deyir: "Ey Peyğəmbərin (s) oğlu! Sənə salam olsun və cəddinin xidmətinə gedirəm. Əgər sözün varsa, buyur". Həzrət (ə) buyurur: "Ey nəsrani və təzə müsəlman olmuş! Get, Allah yar və yavərin olsun". Vəhəb atını çapır və Kufə ilə Şam ordusunun qarşısında dayanır. Deyir: "Ey insanlar, bu, mənəm - Vəhəb". Bu zaman düşmən ordusundan heç kim onunla vuruşmağa gəlmir. Vəhəb özünü ordunun içinə vurur və qarşısına çıxana qılınc vurdu. Sonra isə anasının və ağlayan həyat yoldaşının yanına gəldi. Anası üzərində olan toz-torpağı təmizlədi və dedi: "Ey mənim, igid oğlum! Get və Zəhranın (s.ə) oğluna yardım et". Vəhəb deyir: "Anacan, bədənimin qana boyanmasına və Əbu Turab oğlunun qılıncının altında şəhid olmağıma az qalmışdır. İcazə ver, gəlinimlə vidalaşım ki, bu səhrada avara qalmışdır". Anası deyir: "Ey səadətli oğlum, get. Qorxuram ki, çiyninə elə bir hümmət qoysun ki, səni bu böyük iftixardan saxlasın". Vəhəb deyir: "Anacan, Hüseyn (ə) sevgisi o qədər qanıma işləmişdir ki, gəlininə görə ona göz yuma bilmərəm". Sonra da həyat yoldaşının yanına gedir. Arvadı ona deyir: "İndiki ki, Peyğəmbər (s) övladı yolunda fədakarlıq etmək istəyirsən, iki istəyim vardır: birincisi budur ki, bu yolda mütləq şəhid olacaqsan və behiştə daxil olacaqsan. Ancaq behiştə daxil olmamış məni yada sal və mənsiz behiştə daxil olma. İkincisi budur ki, məni Hüseyn (ə) bacılarının kənizi et ki, onlara xidmət edim. Belə ki, sənin şəhadətindən sonra əsir düşən zaman Fatimə (s.ə) qızlarının hörmətinə görə naməhrəm əli mənə dəyməsin". Vəhəb döyüş meydanına getməzdən əvvəl onu Əhli-beytin (ə) kənizi edir və sonra da döyüşə gedir. Vəhəb çox sayda düşməni öldürdü və anası bu səhnəni görüb xeymənin sütununu çıxartdı və onunla iki nəfəri cəhənnəmə göndərdi. Bu əməli ilə oğlunu təşviq etdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) bu səhnəni görüb dedi: "Ey saleh qadın, geri qayıt. Cihad qadınlara vacib deyildir. Allah sənə xeyir əvəz versin. Əziyyətini və zəhmətini mükafatsız qoymasın". Vəhəbin anası ağlar halda Əhli-beytin (ə) xeyməsinə qayıdır. Vəhəb əllərini kəsənə qədər vuruşur və onu Ömər Sədin yanına aparırlar. Ömər əmr edir ki, başını kəsib, xeymələrə tərəf atsınlar. Vəhəbin başını kəsir və xeymələrə tərəf atırlar Vəhəbin anası oğlunun başını götürüb üzündən öpür və sonra da düşmən tərəfə atır. Arvadı ərinin başsız bədəninə tərəf gedir və mərsiyə oxumağa başlayır. Şimr onu öldürmək üçün adam göndərir və düşmən arxadan başına qılınc vurub, onu da şəhid edir...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/758526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR