"Real TV" Qarabağla bağlı nadir kadrları yayımlayıb

"Real TV" Qarabağla bağlı nadir kadrları yayımlayıb
01:34 27 May 2019
151 Digər
Ölkə mətbuatı
A- A+

"Real" televiziyasında Qarabağ müharibəsini əks etdirən kadrlar yayımlanıb.

 

Lent.az-ın xəbərinə görə, “Mir Şahinin vaxtı"nda Qarabağ müharibəsi ilə bağlı 1992-1993-cü illərə aid heç yerdə yayımlanmayan nadir videokadrlar göstərilib. Videogörüntüləri jurnalist Mir Şahinin qonağı, hərbi operator İlham Ələkbərov təqdim edib. Söhbət əsnasında kadrların Buzovna qəsəbəsində - məcburi köçkünlərin məskunlaşdığı yataqxanada, AğdərəKəlbəcər rayonlarında çəkildiyi məlum olub.

 

Kadrlarda mərmi düşməsi nəticəsində yaralanan əsgərlər, qana bulaşmış silahları yığan operator, əl-ayağını yara basmış şəxsi heyət, təcrübəsizlikdən şikayətlənən zabitlər əks olunub.

 

Mir Şahin Ağayev mövzuya girişi bu sözlərlə başlayıb: "Keçmişin bərpası, qəhrəmanların dırnağa salınması. Ən yaxın tarixin təqdimatına başlayırıq. Tariximizin qızıl fondu Real Təhlil və İnformasiya Mərkəzində. Özünü gələcək kimi göstərənlərin əslində keçmiş olduqlarını gözlərinizlə görəcəksiniz".

 

ONA “Mir Şahinin vaxtı” verilişinin videoyazısını təqdim edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/315791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR