Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib

Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib
15:27 25 May 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) mayın 20-dən gücləndirilmiş iş rejiminə keçib.
"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi mayın 30-na qədər davam edəcək. Bu çərçivəsində yaradılmış Kordinasiya Şurasına BNA rəhbərlik edir.
“Oyun ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün isə 40 avtobus ayrılıb”, - deyə o, qeyd edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-neqliyyat-agentliyi-guclendirilmis-is-rejimine-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR