Gürcüstanda futbol oyunu vaxtı kütləvi dava düşdü

Gürcüstanda futbol oyunu vaxtı kütləvi dava düşdü
15:22 25 May 2019
89 İdman
Ölkə mətbuatı
A- A+

Gürcüstan milli çempionatında Bolnisi rayonunun "Sioni" komandası ilə Rustavinin eyni adlı komandaları qarşılaşıblar. Oyunda futbolçular arasında kütləvi dava düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər şey "Rustavi" komandasının vurduğu 3-cü qoldan sonra baş verib.

"Sioni" komandasının oyunçuları hakimin qərarına etiraz edib, qolu hesaba almamağı tələb ediblər.

"Rustavi"nin oyunçuları buna etiraz etdikdə kütləvi dava düşüb.

Meydançaya azarkeşlərin də daxil olması vəziyyəti daha da gərginləşdirib.

Qarşıdurma zamanı xəsarət alanlar var.

Oyunu idarə edən hakim hər iki komandadan iki oyunçunu meydandan qovub.

Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/757903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR