Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 21-dək Parisdə səfərdə olacaq.

Metbuat.az bildirir ki, komitə iclasında terror qurbanlarının qorunması və onlara köməklik göstərilməsi, hücuma məruz qalmış demokratiya, beynəlxalq terrorizmlə bağlı Sankt-Peterburqda keçirilmiş konfransın nəticələri, Kosovada vəziyyət, Əlcəzair ilə parlamentlərarası dialoq, Parlament Assambleyasının gələcəkdə rolu və missiyası ilə bağlı müzakirələr aparılacaq.

S.Hacıyev iclasda çıxış edəcək, mövzular barədə fikirlərini bildirəcək.

https://metbuat.az/news/1190021/cingiz-eurovision-2019-da-bu-cixisi-ile-finala-vesiqe-qazand.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR