Türkiyədə axtarışda olan terrorçu zərərsizləşdirilib

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən keçirilən antiterror əməliyyatı nəticəsində üç terrorçu məhv edilib. Onlardan biri "Rojbin Gaver Mizgin" ləqəbli Raife Kutlak adlı qadındır.

Metbuat.az Azərtaca isitinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi Raife Kutlakın tapılması üçün 300 min türk lirəsi (təxminən 50 min ABŞ dolları) pul mükafatı ayırmışdı. PKK\KCK terror təşkilatlarının üzvü olan təhlükəli terrorçu Siirt bölgəsində zərərsizləşdirilib.

Digər bir məlumatda isə bildirilir ki, Giresunun Güce rayonu ərazisində daha bir PKK terrorçusu təslim olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR