Fermada lentə alınan rəzalət görüntü - Gizli kameraya düşdü / VİDEO

Böyük Britaniyadakı fermada lentə alınan videogörüntülər böyük rezonans doğurub.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, işçilər təbii yollarla kilo almayan toyuqları bilərəkdən tələf edib. Üstəlik tələf edilən toyuqlar canlı toyuqlarla bir yerdə saxlanılıb. Gizli kamera tərəfindən lentə alınan videogörüntülərin üzə çıxmasından sonra müvafiq qurumlar hərəkətə keçib.

Məlum olub ki, kadrlar İngiltərənin ən böyük qida şirkətlərinin birinə məxsus fermada lentə alınıb. Toyuqlarla vəhşicəsinə rəftar edən işçilər sorğuya çağrılıb.

Anar Türkeş / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR