Bakı Limanı vasitəsilə yükaşırmanın həcmi əhəmiyyətli dərəcədə artıb

Bakı Limanı vasitəsilə yükaşırmanın həcmi əhəmiyyətli dərəcədə artıb
20:22 15 Aprel 2019
Ölkə mətbuatı
A- A+

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən Milli.Az-a verilən məlumata görə, Liman 2019-cu ilin I rübünü uğurla başa vurub. Yükaşırma göstəricilərinin əksəriyyətində artım tendensiyası qeydə alınıb və ümumi yükaşırmanın həcmi 1 035,6 min tondan çox olub. Aşırılmış yüklərin 861 min tondan çoxu və ya 83,1%-i tranzit yüklərin payına düşüb.

Xüsusilə, konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında 2019-cu ilin yanvar-mart ayları ərzində 7 253 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb ki, bu da keçən il ilə müqayisədə 55,2% artım deməkdir ( 2018-ci ilin müvafiq dövründə 4 673 TEU).

Qeyd olunan dövrdə, Ələt qəsəbəsində yerləşən Bakı Limanının Bərə terminalında vaqon aşırılması 13 788 (keçən ilin müvafiq dövrünə nisbətən 12,6% artım) ədədə çatıb. Bunlardan 6 446  vaqon (46,8%) Bakı-Kurik-Bakı istiqamətində, 7 342 (53,2%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

Cari ilin yanvar-mart ayları ərzində iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 6 543 (keçən ilin müvafiq dövrünə nisbətən 43,5% artım) ədəd olub. Belə ki, bunlardan 5 180 ədədi (79,2%) Bakı-Türkmənbaşı-Bakı, 1 363 ədədi isə (20,8%) Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.

Hər iki istiqamətdə sərnişin daşınmasında keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,5 % artım qeydə alınaraq 8 813 nəfər olub.

Yusif Nəsirli
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/747230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR