Rusiya millisinin baş məşqçisi: "Ayaz Quliyevlə tanış deyiləm, onunla söhbətimiz də olmayıb"

Rusiya millisinin baş məşqçisi: "Ayaz Quliyevlə tanış deyiləm, onunla söhbətimiz də olmayıb"
20:17 15 Aprel 2019
42 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov "Spartak"da çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevlə bağlı insidentə münasibətini açıqlayıb.
"Report" xəbər verir ki, 56 yaşlı mütəxəssis "Matç TV"ə müsahibəsində 23 yaşlı yarımmüdafiəçinin ABŞ vətəndaşı ilə münaqişəsinə dair fikirlərini bölüşüb. 
"Ayaz Quliyevlə tanış deyiləm, onunla söhbətimiz də olmayıb. Dünya çempionatından sonra futbola aidiyyatı olmayan yalnız belə məsələlərdən danışırıq. Bu isə vəziyyəti gərginləşdirir və narahatlıq yaradır" deyə Çerçesov bildirib.
Baş məşqçi bildirib ki, bu hərəkəti oyunçuya nə klubunda, və yığmada müsbət imic qazandırıb: "Mən bilmirəm ki, bizim futbolçulara nə olub. Futbolçu meydanda və meydandan kənarda yığmanın tələblərinə cavab verməlidir. Biz ölkəni təmsil edirik. "Spartak"ın isə belə hadisəyə reaksiya verməməyə ixtiyarı yoxdur".
Qeyd edək ki, Ayaz Quliyev aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində idarə etdiyi “Mercedes” markalı avtomobillə işıqforun qırmızı işığına məhəl qoymayaraq piyada xəttini keçən ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliyə toxunub. Daha sonra maşınından düşən yarımmüdafiəçi onunla mübahisə edib və yumruq zərbəsi ilə burnunu qırıb. Dərhal hadisə yerinə polis və təcili tibbi yardım maşını gəlib. Futbolçu əcnəbidən üzr istəyib və bütün xərcləri üzərinə götürüb. Bundan sonra zərərçəkən Quliyevə qarşı heç bir iddiasının olmamasına dair ərizə yazıb. Daha sonra klub futbolçunu heyətdən kənarlaşdırıb və onu cərimələyib. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/stanislav-cercesov-ayaz-quliyevle-tanis-deyilem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR