Ağaca çırpılan maşının sürücüsü öldü, sərnişinlər yaralandı

Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, aprelin 13-də saat 3 radələrində Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində kənd sakini Ramil Mehdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobili ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR