Azərbaycan millisi nə vaxt hansi stadionda oynayacaq?

Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Lixtenşteyn yığması ilə keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

Metbuat.az xəbər verir ki, qarşılaşma iyunun 6-da Eşen şəhərindəki "Sportpark Eşen-Mauren" stadionunda baş tutacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00 start götürəcək.

Qeyd edək ki, Azərbaycan komandası Lixtenşteynlə yanaşı, Fransa, Slovakiya, İsveçrə və Gürcüstan kollektivləri ilə birgə 2-ci qrupda mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR