Gəncə sakini mənzilində halsız vəziyyətdə tapılıb

Gəncə sakini mənzilində halsız vəziyyətdə tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumatda deyilir.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR