AFFA İcraiyyə Komitəsinin üzvləri elit-raundda iştirak edəcək milli komanda ilə görüşüb

AFFA İcraiyyə Komitəsinin üzvləri  elit-raundda iştirak edəcək milli komanda ilə görüşüb
10:22 15 Mart 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

AFFA İcraiyyə Komitəsinin üzvləri Avropa çempionatının elit-raund mərhələsində çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüblər.
“Report” xəbər verir ki, yığma oyunların keçiriləcəyi Rusiyanın Krasnodar şəhərinə yola düşməzdən əvvəl AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov, eləcə də Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç U-19-un üzvləri ilə görüşüb.
“Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində keçirilmiş görüşdə millimizə uğrular arzulanıb, müvafiq tövsiyələr verilib.
Xatırladaq ki, U-19 millimiz elit-raund mərhələsində martın 20-də Rusiya, 3 gün sonra İrlandiya, martın 26-da isə Rumıniya komandası ilə qarşılaşacaq.




Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-i-craiyye-komitesinin-uzvleri-milli-komanda-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR