Türkiyə ​Avropa Parlamentinə etiraz etdi

Avropa Parlamentinin Türkiyənin Avropa Birliyinə üzvlüyünün dayandırılmasıyla bağlı çağırışı Ankarada ciddi narazılıqla qarşılanıb.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, Avropa Parlamentinin birtərəfli və qeyri-obyektiv mövqeyi Türkiyə tərəfdən hər hansı qiymətləndirməyə layiq deyil.

Tövsiyyə xarakterli qətnamə Türkiyə üçün heç bir əhəmiyyətə malik deyil. “Biz tez-tez Avropa Parlamentinə gələn ekstremist əhval-ruhiyyəli sağ və sol qüvvələrin sənədi diskriminasiya və populist mətnə çevirə bilməsindən narahatlıq keçiririk” – deyə, sənəddə qeyd olunub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR