FHN məlumat yaydı - Vəlvələçaya düşən ekskavatorçunun meyiti axtarılır

FHN məlumat yaydı - Vəlvələçaya düşən ekskavatorçunun meyiti axtarılır
17:08 11 Fevral 2019
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçay çayının sahilində aparılan qazıntı işləri (qum-çınqıl karxanası) zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun axtarışları davam etdirilir.

Publika.az FHN-ə stinadən xəbər verir ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub. Qazıntı işləri nəticəsində yaranan su hövzəsində (dərinliyi 12-15 metr) suyun səviyyəsinin azaldılması məqsədilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən suçəkmə işləri həyata keçirilir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/269213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR