Tural İsmayılov

Köşə yazarı

11:11 12 Mart 2019 3062
A- A+

"Tanınmış məşhur filankəslə yatdı" - ŞOK, sensassiya, qalmaqal axtarışları/ KÖŞƏ

Dino Busattinin "Tatar Çölü" əsəri mənim ən sevdiyim əsərlərdəndir.

Bir əsərdən daha çox insanı həyat fraqmentinin içərisində öz təkliyiylə üzləşmək durumunda nələr edə biləcəyinin və fərdin mübarizəsinin üst nöqtəsinin simvolikasını açır sanki əsər.

Necə ki, filosof Bertran Rasselin "insan həmişə çoxluğun təsirindədir" ideyası həqiqət olduğu kimi, Kamyunun "təklik mütləq və güclüdür" ideyası da nonsens deyil. Psixoloji aspektlər, tələbatın mənəvi və yaradıcı istehsalla ziddiyətli çarpışmaları da insanı, insan qruplarını, insan peşələrini paradoksal bir dilemma ilə üz-üzə qoyur.

"Sən nəyi etmək istəyirsən?" və "səndən nə istəyrilər?" sualı klassik fəlsəfi antitezis deyil, real yaşam standartıdır. "Mən istəyirəm ki,..." cavabı ilə "bunu məndən tələb edirlər..." cavabı da əksiliklərin ziddiyəti kimi görünsə də əslində vəhdətdir, zaman, mühit və şərait kredoları ilə nizamlanır.

Bütün dünyada toplumların nisbi olmayan reallığı var: rasionalizm və populyar kültür arasındakı qovğalarda ikinci birincini üstələyir.

Çünki beynimizin fiziki-bioloji və psixoloji aspektləri əyləncəni və istirahəti daha çox tələb edir. Beləliklə, daxil olan informasiya yükü də buna uyğun olaraq mənimsənilir, beynimizdən əqli təfəkkürümüzə ötürülür və daxili yaddaş rasionumuzda analitik bacarığımızla biz lazım olanı ya götürürük, ya da "lazımsız" informasiyaları "həzm edirik."

Məşhur sosioloq Sorokin qeyd edirdi ki, toplumların müəyyənləşdirdiyi standartlar bütün fərdlərin şəxsiyyət olma prosesində önəmli mərhələdir. Eləcədə psixoanalitik filosof Erix Fromm da qeyd edirdi ki, cəmiyyətlər insanların əbədi təklik ideallarında məhv olma riskinə qarşı böyük qalxandır.

Şou dünyası siyasi polemikalardan daha cəlbedicidir. Burda sosioloji bir problematika da yoxdur əslində: heç biri reallığı tam ehtiva etmir, amma biri daha çox rahatlıq verir, digəri isə bəlkə də yorur. Bu məsələnin digər komponentidir ki, doğru informasiya anlayışı hansında daha çox özünü göstərir?

"Feyk nyus" dediyimiz yanlış informasiyanın səbəb olduğu bir sıra təlatümlərin ən ciddisi isə aqressivlik tonlarını kəskinləşdirməyidir. Özü də hədsiz...!

N.V.İsmayılov və F.N.İsmayılovun "Tibbi psixologiya və psixoterapiya" kitabında aqressiyanın necə toplumlar üçün təhlükə mənbəyi olmağı aydın və korrekt izah olunur.

Bütün tarix boyu bəşəriyyət qəddarlıq, zorakılıq, qəsdlər,dağıntılar və digər destruktiv əməllər şəklində özünü göstərən və insanlara fiziki və mənəvi iztirablar gətirən hallarla qarşılaşır. Biz, demək olar ki, hər gün kütləvi informasiya vasitələrindən insanların aqressiv davranışının təcəssümü olan cinayətlər, müharibələr,terror aktları haqqında məlumat alırıq.

Aqressiyanın tibbi aspektlərindən söz açılarkən, ilk növbədə psixi patalogiya ilə bağlı olan aqressiya nəzərdə tutulur. Psixi xəstələrin aqressiyası müharibələr zamanı törədilən zorakılıqdan müqayisə olunmaz dərəcədə az olsa da , nəzərə almaq lazımdır ki, psixi xəstəxanaların pasientlərinin 10 %-də bu və ya digər aqressiv tendensiyalar müşahidə olunur.

Təəssüf ki, aqressiya anlayışının özü, ona dəqiq tərif vermək cəhdləri zamanı ciddi ziddiyyətlər doğurur. Belə ki, bir çox hallarda, digərləri üçün təhlükəli olan və onlara zərər yetirən, istənilən davranış aqressiya kimi qiymətləndirilir. Lakin sürücünün diqqətsizliyi üzündən baş vermiş və insan tələfatı ilə nəticələnən, qəsdən törədilməyən avtomobil qəzası, bir qayda olaraq, aqressiv əməl hesab olunmur.

Aqressiv davranışı insan psixikasının hər hansı konkret sferası ilə bağlamaq daha böyük çətinliklərlə rastlaşır. Bəzən aqressiya emosional sferanın məhsulu kimi nəzərdən keçirilir. Burada ön planda nifrət və qəzəb kimi emosional hallar – affektlər durur. Lakin belə olan təqdirdə soyuqqanlı şəkildə fəaliyyət göstərən muzdlu qatilin hərəkətləri aqressiya sayılmamalıdır. Bu isə cəfəng görünür.

Aqressiyanı motiv ilə əlaqələndirmək cəhdləri də inandırıcı görünmür. Məsələn, valideynlərin uşağını hər hansı bir dəcəlliyinə görə tənbeh etməsini kimsə aqressiya adlandıra bilməz. Halbuki burada qəsdən zərər yetirmək motivi şübhəsizdir. Ən nəhayət, aqressiyanın koqnitiv proses nöqteyi –nəzərindən qiymətləndirmək də həmişə mümkün olmur. Bir çox hallarda aqressiya xoşməram , müsbət münasibət bəslənilən yaxın adamlara qarşı yönəlmiş olur.

Aqressiv davranışın çoxlu miqdarda müxtəlif variantlarının mövcudluğunu və hərhansı hərəkətin aqressiya sayılıb-sayılmadığının dəqiq müəyyənləşdirilmədiyini nəzərə alaraq , Buss (1976) tərəfindən verilmiş aqressiv davranışın çoxxətli təsnifatından istifadə etmək məqsədyönlü görünür. Bu sxemə görə aqressiv hərəkətlər 3 xətt üzrə təsnif olunur:

Fiziki-verbal , aktiv-passiv, birbaşa-dolayı.

Bütün hallarda insanlar aqressiyadan uzaq durmalıdır.

"Tanınmış məşhur filankəslə yatdı" kimi pop-kult xəbərini də, eyni formada ciddi bir fəlsəfi yazını da oxuyub, oxumamaq bizim özümüzə qalmış məsələdir.

Əsas odur biz dezinformasiyaları ayırd edə bilək.

Tural İsmayılov/ Metbuat.az

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI